Mordoviya Futbol Federasiyasının prezidenti QƏZADA ÖLDÜ

 12:53 20.12.2019     340

Mordoviya Futbol Federasiyasının prezidenti Aleksandr Yaşkov yol-nəqliyyat qəzasında ölüb.

Redaktor.az-ın məlumatına görə, qəza onun Rusiya Futbol İttifaqının Moskvada keçirilən konfransından Saranska qayıdarkən baş verib.

“Kia Stinger”in sükanı arxasında olan A.Yaşkov idarəetməni itirərək yarımqoşqulu yük maşını ilə toqquşub. Qurum başçısı aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, federasiya prezidenti vəzifəsini kimin icra edəcəyinə yaxın zamanda aydınlıq gələcək.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən