"Qalatasaray" daha bir məşhur futbolçunu gətirir
"Qalatasaray" klubu daha bir məşhur futbolçunu sıralarına qatmaq niyyətindədir.
Redaktor.az "Goal.com"a istinadən xəbər verir ki, "sarı-qırmızılılar" Ben Arfanı komandaya gətirmək istəyirlər. Türkiyə təmsilçisi futbolçuya 18 aylıq müqavilə təklif etməyə hazırlaşır. 32 yaşlı futbolçuya həmçinin digər Avropa klublarından da təkliflər var.
Qeyd edək ki, fransalı futbolçu ötən il PSJ-dən "Renn"ə transfer edilib. "Renn"dən ayrılan futbolçu hələlik klubsuzdur.












