Dünyanın ən yüksəködənişli klublarının SİYAHISI

 18:00 23.12.2019     386

Dünyanın ən yüksəködənişli idman klublarının siyahısı açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, bonuslar nəzərə alınmadan orta aylıq maaşların əsas götürüldüyü siyahıya İspaniya nəhəngləri başçılıq edir.

Ötənilki kimi zirvədə “Barselona” və “Real” qərarlaşıb. “Yuventus” isə 9-cu pillədən 3-cü yerə sıçrayıb. Bu da Kriştianu Ronaldonun keçidi sayəsində mümkün olub.

İlk üç yeri futbol klubları tutursa, növbəti 8 pillədə basketbol komandaları qərarlaşıb. Daha bir futbol nəhəngi PSJ 12-ci sıradadır.

1. Barselona — 11 081 282 avro
2. Real — 10 062 090 avro
3. Yuventus — 9 119 076 avro
4. Portlend Treyl Bleyzers (basketbol) — 9 058 786 avro
5. Qolden Stgyt Uorriorz (basketbol) — 8 952 374 avro
6. Orlando Mecik (basketbol) — 8 550 449 avro
7. Oklahoma-Siti Tander (basketbol) — 8 511 030 avro
8. Denver Naqqets (basketbol) — 8 402 631 avro
9. Mayami Hit (basketbol) — 8 390 572 avro
10. Klivlend Kavalyers» (basketbol) — 8 308 078 avro
11. Hyuston Rokets (basketbol) — 8 266 078 avro
12. PSJ — 8 061 793 avro//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən