Kilian Mbappe ardıcıl ikinci dəfə Fransada ilin futbolçusu seçilib

 20:54 23.12.2019     414

PSJ klubunun futbolçusu Kilian Mbappe "France Football" nəşrinə görə Fransada ilin ən yaxşı futbolçusu seçilib.

Redaktor.az-ın məlumatına görə, 21 yaşlı hücumçu açıqlamasında bildirib ki, insanlar onun dəyişdiyini düşünürlər: "Bu, belə deyil. Mən əvvəllər olduğu kimi komandama xeyir verməyə çalışıram. 17-18 yaşlarında oyunu öz üzərinizə götürməkdən qorxursunuz. Çünki hələ də heç nə göstərməmisiniz. İndi çox risk götürə bilərəm, çünki hər şeyi sübut etdim".

Qeyd edək ki, Kilian Mbappe 2018-ci ildə də eyni mükafata layiq görülüb. 

Vumart və Güvən reklamı Vumart Güvən