AFFA Şenol Günəşi təkzib edib
Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı yekun qərar qəbul olunmayıb.
Redaktor.az-ın məlumatına görə, bunu AFFA açıqlayıb.
Qurumun yaydığı məlumata əsasən, hazırda AFFA və TFF arasında danışıqlar aparılır. Bildirilir ki, qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.
Hərçənd Türkiyə millisinin baş məşqçisi Şenol Günəş mətbuata verdiyi açıqlamada məsələnin dəqiqləşdiyini bildirib. Onun sözlərinə görə, qarşılaşma mayın 26-da Antalyada baş tutacaq.












