"Betis"in kapitanı 40 yaşınadək futbol oynayacaq

 18:07 26.12.2019     436

İspaniyanın “Betis” klubu futbolçusu Xoakin Sançeslə müqaviləni uzadıb.

Redaktor.az-ın məlumatına görə, yeni anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub. 

38 yaşlı ispaniyalının hazırkı müqaviləsi isə cari mövsümün sonunda başa çatmalı idi. Bu isə o deməkdir ki, Xoakin 40 yaşına qədər Sevilya təmsilçisində qalacaq.

Qeyd edək ki, “Betis”in kapitanı cari mövsümdə 17 oyun keçirib və 6 qol vurub.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən