"Sumqayıt"ın futbolçusuna Türkiyə klubundan təklif

 12:14 28.12.2019     426

"Sumqayıt"ın üzvü Səbuhi Allahverdizadə karyerasını Türkiyədə davam etdirə bilər.

Redaktor.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan millisinin futbolçusu ilə "Trabzonspor" yaxından maraqlanır.

Türkiyənin "Fotomaç" nəşrində yer alan xəbərə görə, Qara Dəniz təmsilçisi Səbuhi U-19 komandasına transfer etmək istəyir. Klubun skautları yarımmüdafiəçini rəhbərliyə xüsusi olaraq təklif ediblər. //Offsideplus.az

Vumart və Güvən reklamı Vumart Güvən