"Neftçi"dən "Qəbələ"yə 200 min manatlıq təklif
"Neftçi" müdafiə xəttini "Qəbələ"nin üzvü Amin Seydiyevlə gücləndimrək niyyətindədir. Bakı klubu bu məqsədlə bölgə təmsilçisinin qapısını döyüb.
Redaktor.az xəbər verir ki, Sportinfo.az-a "Neftçi"dən daxil olan məlumata görə, "ağ-qaralar" U-21 yığmamızın müdafiəçisinə görə qarşı tərəfə 200 min manat təzminat ödəməyə hazır olduğunu bildirib.
"Neftçi" "Qəbələ"yə akademiyanın 21 yaşlı yetirməsi ilə 3 illik müqavilə bağlamaq fikrini çatdırıb. Qarşı tərəf fikirləşmək üçün bir neçə gün vaxt istəyib.
Qeyd edək ki, "Qarabağ" da 2018-ci ildə Hacıağa Hacılıya görə "Qəbələ"yə 200 min manat təzminat ödəmişdi.












