Millimiz "Fənərbağça" ilə heç-heçəyə razılaşdı

 02:51 30.12.2019     348

Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçını keçirib.

Redaktor.az matc.az-a istinadən bildirir ki, yığmamız İstanbulda "Fənərbağça" ilə üz-üzə gəlib. 

Qarşılaşma voleybolçularımız üçün yaxşı başlayıb. Təmsilçimiz ardıcıl 2 setdə rəqibindən üstün olub - 25:22, 25:23.
 
Ardınca baş məşqçi Vasif Talıbov ehtiyat qüvvəyə də şans verib. Bundan istifadə edən rəqib hesabı bərabərləşdirib - 25:17, 25:23.

Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar. Beləliklə, yığmamız Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
 
Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan millimiz qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib "Türk Hava Yolları" olacaq.