"Roma" futbol klubu satışa çıxarılır

 23:24 30.12.2019     337

"Roma"nın səhmləri satıla bilər.
 
 ABŞ-ın "The Friedkin Group" şirkəti paytaxt təmsilçisinin səhmlərini almağa hazırlaşır.

Hazırda tərəfər arasında danışıqlar gedir. Şirkət "canavarlar" üçün 780 milyon avro ödəməlidir. 

Qeyd edək ki, "Roma"nın hazırkı sahibi Ceyms Pallottadır. Komanda  A seriyasında 4-cü pillədə qərarlaşıb. /qol.az