Məşhur idmançı vəfat etdi - Beyin qanaması keçirib

 10:16 02.01.2020     370

NBA-nın rəhbəri olan (1984-2014-cü illərdə) amerikalı idmançı David Stern dünyasını dəyişib.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı NBA rəsmi hesablarında açıqlama yayıb. Bildirilib ki, ötən gün beyin qanaması nəticəsində xəstəxanaya yerləşdirilən 77 yaşlı idmançı orada da keçinib.

Qeyd edək ki, Stern 30 il boyunca NBA-nın rəhbərliyində yer alaraq adını basketbol tarixinə yazdırmışdı. //Trend