AFFA-nın növbədənkənar Konfransının gündəliyi AÇIQLANIB

 10:04 07.01.2020     287

Sabah AFFA-nın növbədənkənar Konfransı keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, tədbir “Bulvar otel”də baş tutacaq.
 
Konfrans saat 10:00-da başlayacaq. Artıq Konfransın gündəliyi də açıqlanıb.

Yığıncaqda əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılmasıdır.

Yığıncaqda həmçinin digər məsələlər də müzakirə olunacaq.
 
Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il 13 dekabr tarixli iclasında qəbul olunub.