“Qəbələ” “Sumqayıt”dan ayrılan yarımmüdafiəçi ilə MÜQAVİLƏ İMZALADI

 16:07 07.01.2020     351

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ikinci yarısına hazırlıqlarını davam etdirən “Qəbələ” ilk qış transferini rəsmiləşdirib.

Redaktor.az-ın məlumatına görə, “qırmızı-qaralar” “Sumqayıt”dan ayrılan Ehtiram Şahverdiyevi heyətinə qatıb. 

23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra sabiq komandasına qayıdıb. 

Qeyd edək ki, 2015/16 mövsümündə “Qəbələ”də 2 matç keçirən E.Şahverdiyev 2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyub.