“Real” 17 yaşlı braziliyalı futbolçu ilə 6,5 illik müqavilə imzalayacaq

 18:30 07.01.2020     329

İspaniyanın “Real” klubu Braziliya “Flamenqo”sunda çıxış edən Reynyeri heyətinə qatır.

Redaktor.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi ilə 6,5 illik müqavilə imzalayacaq.

Madrid təmsilçisi 17 yaşlı futbolçu üçün 30 milyon avro ödəyəcək. Bunun 24 milyonu “Flamenqo”ya, 3 milyonu futbolçunun ailəsinə, 3 milyonu agentinə çatacaq.

“Real” rəhbərliyi cənubi amerikalının öncə əvəzedici komandası “Kastilya”ya qoşulmasını planlaşdırır. Futbolçunun ailəsi isə artıq ispan dilini öyrənməyə başlayıb və Madrid yaşamaq üçün ev axtarışına çıxıb.//Apa.az