AFFA-nın növbədənkənar Konfransı öz işinə başlayıb

 10:45 08.01.2020     261

AFFA-nın növbədənkənar Konfransı öz işinə başlayıb.

Redaktor.az-ın məlumatına görə, iclasın gündəliyində duran əsas məsələ assosiasiyanın Nizamnaməsinə dəyişikliklərin edilməsidir.

Tədbiri giriş sözü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev açıb. O bildirib ki, 2020-ci ildə futbol ictimaiyyətini yaxşı hadisələr gözləyir. 

Ardınca Nizamnaməyə aşağıdakı dəyişikliklərin edilməsi müzakirəyə çıxarılıb: 
1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi
2. Hüquq təqibedici orqan anlayışının daxil edilməsi
3. Müvafiq müddətlərin müəyyənləşməsi
4. AFFA İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərin sayının artırılması
5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi
6. Prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi
7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması
8. Digər dəyişikliklər//Apa.az