Azərbaycan millisi Bakıda Özbəkistanla qarşılaşacaq

 14:36 09.01.2020     282

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi Bakıda iki yoldaşlıq oyunu keçirəcək. 

Redaktor.az-ın məlumatına görə, komandamız Özbəkistan yığması ilə qarşılaşacaq. 

Görüşlər yanvarın 21-də və 22-də baş tutacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiyek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.//Apa.az