Ukrayna klubundan azərbaycanlı futbolçuya təklif - FOTO

 20:45 09.01.2020     333

Ukrayna birinci liqasında yarışan "Rux" klubu qapıçı Cavid Qurbanova dəvət ünvanlayıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı rəsmi məktub futbolçunun klubu "Kəpəz"ə göndərilib. Klubun prezidenti Qriqori Kozlovkskinin adından ünvanlanan məktubda 17 yaşlı Cavid yanvarın 15-dən klubla ilkin tanışlıq və bəzi məşqlərdə iştirak üçün iki həftəliyə Lvova dəvət olunub.

Məktubda "Kəpəz" klubundan futbolçunun "Rux"un düşərgəsinə getməsinə icazə verməsi və mümkün transfer şərtləri ilə bağlı danışıqlara başlaması xahiş olunub. (Qol.az)