AFFA daha bir futbolçunu MİLLİLƏŞDİRİB

 10:53 10.01.2020     343

Dünyanın müxtəlif ölkələrindən olan futbolçuları milliləşdirməkdə olan AFFA daha bir xarici futbolçunu Azərbaycan yığmasına gətirir.

Redaktor.az-ın məlumatına görə, qurum bu dəfə də türkiyəli futbolçu Muhammet Mustafa Yıldırımı milliləşdirib.

“Alanyaspor”un oyunçusu Azərbaycanın U-19 yığmasına çağırılıb. O, yanvarın 18-28-də keçiriləcək təlim-məşq toplanışına dəvət olunub. 

Qeyd edək ki, millinin hazırlıqları Antalyada baş tutacaq.//Apa.az