Jiru “İnter”lə ANLAŞDI

 11:15 10.01.2020     378

İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Redaktor.az-ın məlumatına görə, təcrübəli hücumçu Milanın “İnter” klubu ilə anlaşıb.

33 yaşlı fransalı mövsümün sonunda azad agent kimi də İtaliya təmsilçisinə keçə bilər. Lakin tərəflər keçidi yanvarda həll olunmasını istəyir. O.Jiru da bu məqsədlə milanlılarla 2,5 illik razılıq əldə edib.

Transferin gerçəkləşməsi üçün iki klub arasında da razılıq olmalıdır. “Çelsi” hücumçunun satışından 8-10 milyon avro qazanmaq niyyətindədir. “İnter” isə 4-5 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, O.Jiru cari mövsüm Premyer Liqada 5 matç keçirib.//Apa.az