“Qarabağ”ın sabiq futbolçusu danışılmış oyunlara görə CƏZALANIB

 16:15 10.01.2020     480

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, qurum “danışılmış oyunlar”a qarşı apardığı mübarizədə növbəti addımı atıb.
 
Qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq daha üç şəxs cəzalanıb.

Onların futbolla bağlı bütün növ fəaliyyətlərinə və futbol tədbirləri (oyunlar, məşqlər və s.) zamanı stadionlara girişinə qadağa qoyulub:
 
Namiq Yusifov – “Qarabağ” FK-nın sabiq oyunçusu
Ceyhun Quliyev – “Səbail-2” komandasının sabiq oyunçusu
Kamran Əkbərov – “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı
 
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Vumart və Güvən reklamı Vumart Güvən