“Qarabağ” qapıçısını GERİ QAYTARDI
Ağdamın “Qarabağ” klubu heyətinə daha bir futbolçu qatıb.
Redaktor.az-ın məlumatına görə, icarə müddəti başa çatdığı üçün komandanı tərk edən Asmir Beqoviçin gedişindən sonra Azərbaycan çempionu qapıçılarla bağlı problemini həll edib.
Bosniya və herseqovinalıdan sonra düşərgədə iki qolkiperlə – Vaqner Silva və Şahruddin Məhəmmədliyevlə qalan ağdamlılar Nicat Mehbalıyevi geri qaytarıb. Mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirən gənc qolkiper yenidən “Qarabağ"a qayıdıb. O, artıq komandayla məşqlərdə iştirak edir.//Apa.az












