Azərbaycan kubokunda darmadağın

 10:00 12.01.2020     595

Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunları çərçivəsində daha 5 oyun keçirilib.

Redaktor.az-ın verdiyi xəbərə görə, günün ilk oyununda ölkəmizi eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında təşkil ediləcək Çempionlar Liqasında təmsil edəcək “Ulduz”la “Dalğa” qarşılaşıb.

İkinci Liqa təmsilçisi olan sonuncular ilk matçı qalib başa vurublar. Sabiq futbolçular - Ramazan Abbasov və Zeynal Hüseynovun heyətində yer aldığı “Star karqo-2” “Qarabağ Füzuli”ni böyük hesabla məğlub edib.

“Atletiko Baku” “Metropoliten” üzərində qələbəyə sevinib. “Advokat” “Rayyan” MFC-nı məğlub etməyi bacarıb.

Günün ən böyük hesabı son qarşılaşmada qeydə alınıb. “Timsport” “Red Line” ilə görüşdə darmadağına məruz qalıb - 1:15.

Azərbaycan kuboku

1/32 final, ilk oyunlar

11 yanvar

“Dalğa” – “Ulduz” - 3:1
“Star karqo-2” – “Qarabağ Füzuli” - 8:3
“Atletiko Baku” – “Metropoliten” - 7:3
“Advokat” – “Rayyan” MFC - 8:3
“Timsport” – “Red Line” - 1:15

 (Lent.az)

Vumart və Güvən reklamı Vumart Güvən