İrina Zaretska gümüş medal qazanıb
Çilinin paytaxtı Santyaqoda keçirilən Karate 1 Seriya A turnirini təmsilçimiz İrina Zaretska (68 kq) medalla başa vurub.
Redaktor.az xəbər verir ki, karateçimiz yarışda Daniele Van Viki (CAR) 9:0, Qalina Melniki (Ukrayna) 3:2, Feryal Abdelazizi (Misir) isə 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə İ.Zaretska Silviya Semeraroya (İtaliya) 0:1 hesabla məğlub olaraq gümüş medalla kifayətlənib.
Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi iştirak edib. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandırıb. (Trend.az)












