Suares yaşıl meydanlardan kənarda qalacaq

 19:23 13.01.2020     535

İspaniyanın “Barselona” futbol klubu ciddi itki ilə üzləşib.

Komandanın əsas hücumçularından olan Luiz Suares dizindən əməliyyat olunub. Klubun rəsmi saytı 32 yaşlı uruqvaylı hücumçunun 4 ay meydana çıxa bilməyəcəyini açıqlayıb.

L.Suares ötən mövsümün sonunda da dizindən əməliyyat olunub.

Qeyd edək ki, uruqvaylı hücumçu cari mövsümdə Kataloniya klubunun heyətində keçirdiyi 23 matçda 14 qol vurub və 11 məhsuldar ötürmə edib. (Publika.az)

Vumart və Güvən reklamı Vumart Güvən