Ramos penalti vurarkən zədələnib
İspaniya superkubokunun final oyununda "Atletiko"ya penaltilər seriyasında qalib gələn (4:1) "Real" ciddi itki ilə üzləşib.
Redaktor.az xəbər verir ki, "kral klubu"nun kapitanı Serxio Ramos zədələnib. İspaniyalı müdafiəçi penalti zərbəsini yerinə yetirərkən ayaq biləyini zədələyib.
33 yaşlı futbolçunun 10-15 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir. (Milli.az)












