“Zirə” London “Arsenal”ının yetirməsi ilə müqavilə İMZALADI

 15:15 14.01.2020     462

Bakının "Zirə" klubu yeni futbolçu ilə anlaşıb. 

Redaktor.az-ın məlumatına görə, paytaxt təmsilçisi Alie Sesayla müqavilə bağlayıb. 

25 yaşlı syerra-leoneli müdafiəçi ilə müqavilənin müddəti 1,5 ildir.

Qeyd edək ki, London "Arsenal"ının yetirməsi olan Sesay İngiltərəni "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu həmçinin Syerra-Leone yığmasının da üzvüdür.//Apa.az