Formula-1 yarışları zamanı açılan iş yerlərinin sayı AÇIQLANDI

 12:00 15.01.2020     344

Bakıda keçirilən “Formula-1” üzrə Qran-Pri yarışları zamanı açılan iş yerlərinin sayı müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, bu, "Formula-1" üzrə yarışlarının nəticələri barədə keçirilən mətbuat konfransında açıqlanıb.

“Formula-1” 2016-19-cu illərdə yerli bizneslərdə, xüsusilə də yarışa yaxın aylarda çox sayda iş yerinin açılmasında rol oynayıb. 2016 və 2017-ci illərdə bu rəqəm 5-10 min arası olubsa, 2018 və 2019-cu illərdə bu rəqəm 7,5 min təşkil edib.

Ölkəmizin beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da “Formula-1” yarışlarının rolu olub. 2018-ci ildə Qran-Prini 82,3, ötən il isə 90,2 milyon televiziya tamaşaçısı izləyib. Bu rəqəm bir ildə təxminən 10 faiz artıb.//Apa.az