“Ronaldo “Real”da oynayanda matçlar daha özəl olurdu” - Lionel Messi

 16:15 15.01.2020     318

“Ronaldo ilə rəqabətimiz xüsusidir və daim insanların yaddaşında qalacaq. Çünki uzun illər boyu davam edib”.

Redaktor.az-ın məlumatına görə, bunu Argentina millisinin və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi deyib.

O, Kriştianu Ronaldo ilə rəqabəti barədə fikirlərini açıqlayıb. L.Messi bildirib ki, Portuqaliya yığması və İtaliya “Yuventus”unun ulduzu ilə belə mübarizə tarixdə qalacaq:

“Uzun müddət belə yüksək səviyyəni saxlamaq asan deyil. Həm də bizim oynadığımız klublar da eyni dərəcədə tələbkar olublar. “Real”la “Barselona” dünyanın iki ən güclü komandasıdır. Bizim aramızdakı idman yarışları şəxsi səviyyədə də çox yaxşı idi. Düşünürəm ki, insanlar da - “Real” və “Barselona” fanatı, istərsə də adi azarkeş bundan zövq alırdı. Aydın məsələdir ki, Kriştianu “Real”da olanda matçlar daha özəl olurdu. “Real”la görüşlər həmişə vacibdir. Amma Ronaldo ilə olanda daha çox xüsusi olurdu. İndi bunlar keçmişdə qalıb. Biz isə irəli baxmalıyıq”.//Apa.az