UEFA ilin komandasını AÇIQLADI

 17:37 15.01.2020     229

UEFA 2019-cu ilin rəmzi komandasını açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, “11-lik” azarkeşlər arasında səsvermə nəticəsində müəyyənləşib.

Çempionlar Liqasının son qalibi “Liverpul” heyətdə daha çox - 5 futbolçu ilə təmsil olunub. 

Qapıçı: Alisson Bekker

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, Endryu Robertson (hamısı “Liverpul”), Mateys de Liqt (“Yuventus”);

Yarımmüdafiəçilər: Sadio Mane (“Liverpul”), Kevin de Breyne (“Mançester Siti”), Frenki de Yonq, Lionel Messi (hər ikisi “Barselona”);

Hücumçular: Kriştianu Ronaldu (“Yuventus”), Robert Levandovskiy (“Bavariya”).//Apa.az