"Neftçi" ilk oyunda böyük hesabla məğlub oldu

 20:47 15.01.2020     509

"Neftçi" Türkiyədə təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, Roberto Bordinin baş məşqçisi olduğu komanda "Polşa"nın "LKS Lodz" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" yanvarın 20-də Ukraynanın "Dinamo" (Kiyev), 4 gün sonra isə bu ölkənin digər təmsilçisi "Desna" ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq. (Publika.az)