Türkiyə kubokunda “Qalatasaray” heç-heçə edib, “Beşiktaş” uduzub

 23:50 15.01.2020     496

Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Redaktor.az -ın məlumatına görə, bu gün daha üç qarşılaşma keçirilib.

“Ərzurum”un qonağı olan “Beşiktaş” səfərdən məğlubiyyətlə ayrılıb. “Alanyaspor” “Kasımpaşa”ya qalib gəlib. “Rizəspor”un qonağı olan “Qalatasaray” isə heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, ilk oyunlar yanvarın 16-da başa çatacaq, cavab matçları 21-23-də keçiriləcək.

Türkiyə kuboku
1/8 final, ilk oyunlar
15 yanvar
“Ərzurum” – “Beşiktaş” – 3:2

Ayaroğlu, 12, Karakullukçu, 66, Akdağ, 90 (pen.) – Nkoudou, 35 (pen.), Erkin, 88
“Alanyaspor” – “Kasımpaşa” – 3:1
Velinton, 13, Fernandes, 15, Sisse, 45 – Tiam, 42
“Rizəspor” – “Qalatasaray” – 1:1
Boldrin, 38 – Akbaba, 39 (APA)