KİV: Roman Qriqorçuk Azərbaycan millisinin baş məşqçisi ola bilər

 09:07 16.01.2020     415

Qazaxıstanın "Astana" komandasından ayrılan Roman Qriqorçuk Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Redaktor.az xəbər verir ki, 55 yaşlı mütəxəssis AFFA ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 2018-ci ilin yayından "Astana"da işləyən Qriqorçuk yanvarın 13-də klubdan ayrılıb. 2015 - 2018-ci illərdə "Qəbələ"də işləyən ukraynalı məşqçi ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. //Report.az