"Real" Donni van de Bekin transferini razılaşdırıb

 05:00 16.01.2020     351

"Ayaks" futbol klubunun yarımmüdafiəçisi Donni van de Bek karyerasını “Real Madrid”də davam etdirəcək.

Erdaktor.az xəbər verir ki, komanda şəxsi müqavilənin şərtini 22 yaşlı yarımmüdafiəçi ilə razılaşdırıb.

“Real" cari mövsümün sonuna yaxın futbolçunun "Santyaqo Bernabeu”ya köçməsi haqqında Amsterdam klubu ilə şifahi razılığa nail olub. Transferin məbləği 55 milyon avro təşkil edəcək

Donni van de Bek "Ayaks”ın yetirməsidir. Cari mövsümdə Donni van de Bek Niderland çempionatının 16 matçında iştirak edib. O, bu matçlarda 6 qolu hesabına yazıb və 4 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Real Madrid” Van de Beki ötən ilin yayında da transfer etmək istəsə də, “Ayaks” onu satmaqdan imtina edib. (Report.az)