Ole-Qunnar Sulşeri BU MƏŞQÇİ əvəzləyə bilər

 14:00 16.01.2020     340

"Mançester Yunayted" yenidən baş məşqçi dəyişikliyinə əl ata bilər.

Redaktor.az-ın məlumatına görə, İngiltərə klubu Ole-Qunnar Sulşerin fəaliyyətindən məmnun deyil.

Hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşan "qırmızı şeytanlar" Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədən bir qədər də uzaqlaşsa, norveçli mütəxəssis istefaya göndəriləcək. Əgər bu baş verərsə, 46 yaşlı çalışdırıcı 6 milyon avro təzminat əldə edəcək.

Maçesterlilər yeni baş məşqçinin kimliyini də artıq müəyyənləşdiriblər. Sulşer komandadan göndərilərsə, bu posta italiyalı Massimiliano Alleqri gətiriləcək.//Apa.az