Azərbaycan güləşçiləri Nitsada Qran-pridə iştirak edəcək

 16:37 16.01.2020     444

Yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, ənənəvi yarışın proqramına əsasən, ilk gün sərbəst, ikinci gün yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Qran-pridə ölkəmizi yunan-Roma güləşi üzrə yığmamız təmsil edəcək. Yanvarın 2-dən Rusiyanın Saransk şəhərində təlim-məşq toplanışı keçən millimiz sabah Rusiyadan Fransaya yollanacaq.

Nitsada baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi 72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq.//Apa.az