“Antalyaspor”la “Trabzonspor” qələbə qazanıb - TÜRKİYƏ KUBOKU

 02:30 17.01.2020     442

Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Redaktor.az -ın məlumatına görə, bu gün iki matç keçirilib.

“Antalyaspor” öz meydanında “Göztəpə” ilə qarşılaşıb. 7 qolun vurulduğu görüşdə ev sahibləri qələbə qazanıblar.

“Trabzonspor” isə “Dənizlispor”u sınağa çəkib. Bu görüşdə də qonaqlar məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, 1/8 finalın cavab oyunları yanvarın 21-23-də baş tutacaq.

“Antalyaspor” – “Göztəpə” – 4:3
Alpsoy, 10, 83, Kurtuluş, 18, Anjelo, 67 – Kastro, 1, Kadah, 44, Paluli, 74

“Trabzonspor” – “Dənizlispor” – 2:0
Sosa, 21, Nvakaeme, 80. (APA)