Fərid Nəbiyev Çexiya klubunda - TRANSFER

 05:41 17.01.2020     465

Futbol üzrə U-21 yığmamızın üzvü Fərid Nəbiyev Çexiyanın "Viktoriya Jijkov" klubuna transfer olub.

Redaktor.az xəbər verir ki, "Qəbələ"nin yetirməsi Çexiyanın 2-ci liqa təmsiçisi ilə 2,5 illik müqavilə imzalayıb.
20 yaşlı hücumçu Çexiyanın digər klubu "Slaviya"dan Jijkov təmsilçisinə keçib.

Qeyd edək ki, “Viktoriya Jijkov" ikinci liqada 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. (Publika.az)