Daha bir ölkədə uşaqlara topa kəllə vurmaq QADAĞAN EDİLDİ

 09:37 17.01.2020     483

Şotlandiyada aparılan araşdırmada müəyyən edilib ki, peşəkar futbolçuların beyin sirkələnməsindən ölmə riski digər insanlardan 3.5% daha çoxdur.

Redaktor.az xəbər verir ki, araşdırma Qlazqo Universitetində aparılan araşdırma nəticəsində ortaya çıxıb.

Şotlandiya Futbol Federasiyası bu araşdırmadan sonra hərəkətə keçib. Federasiya 12 yaşdan kiçik uşaqlara topa kəllə vurmağı qadağan edib

Xatırladaq ki, bu qadağa 2015-ci ildən ABŞ-da da tətbiq edilir.

Güney / Redaktor.az