Harri Keyn Avropa çempionatını BURAXACAQ

 10:53 17.01.2020     373

"Tottenhem"in hücumçusu Harri Keyn uzun müddətə sıradan çıxıb.

Redaktor.az-ın xarici mətbuata istinadən məlumatına görə, tibbi müayinədən keçən forvardın durumunun ciddi olduğu aşkarlanıb.

Tanınmış cərrah Kris Uilson İngiltərə millisinin üzvünün Avropa çempionatını buraxacağını bildirib: "Düşünürəm ki, Keyn 6 ay futbol oynamayacaq. Əməliyyatdan sonra ona uzun müddət bərpa dönəmi lazım olacaq. Keynin apreldə qayıdacağını deyirlər. Ancaq indiki durumda bunu edə bilsə, təəccüblənərəm. Harri yalnız gələn mövsümə hazır ola bilər".

Qeyd edək ki, Harri Keyn İngiltərə Premyer Liqasının XXI turu çərçivəsində yanvarın 1-də "Sauthempton"la qarşılaşmada zədələnmişdi.//Apa.az