Kasilyas federasiya prezidentliyinə NAMİZƏD OLACAQ

 13:15 17.01.2020     368

"Portu"nun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti olmaq niyyətindədir.

Redaktor.az-ın məlumatına görə, "Real"ın əfsanəvi qolkiperi bununla bağlı hazırlıqlara başlayıb.

Səhhətindəki problem səbəbindən uzun müddətdir yaşıl meydanlardan uzaq düşən İspaniya millisinin sabiq üzvü tezliklə karyerasını bitirmək və növbəti seçkilərdə federasiya prezidentliyinə namizədliyini irəli sürmək fikrindədir. Hətta azarkeşlərlə aparılan sorğuda respondentlərin 96%-i Kasilyasın uğurlu prezident olacağına inandığını vurğulayıb.

Qeyd edək ki, "Real"ın yetirməsi olan İker Kasilyas 2015-ci ildən "Portu"nun formasını geyinir.//Apa.az