“Arsenal” fransalı müdafiəçi ilə ANLAŞDI

 12:10 18.01.2020     447

Fransanın PSJ klubunun futbolçusu Leyven Kurzava karyerasını İngiltərədə davam etdirəcək.

Redaktor.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi “Arsenal”la anlaşıb.

Razılaşmaya əsasən, Kurzava yayda “topçular”a qoşulacaq. O, azad agent statusu ilə London klubunun futbolçusu olacaq.

Fransalı “Arsenal”la 5 illik müqavilə imzalayacaq. Keçidin əsas detallarını razılaşdıran tərəflər bonuslarla bağlı danışıqlar aparır.

Qeyd edək ki, Kurzava bir müddət öncə İtaliya “İnter”inin təklifini imtina ilə cavablandırıb.//Apa.az