Azərbaycan yığmasının oyunları italiyalı hakimlərə tapşırılıb

 10:37 21.01.2020     386

DÇ-2020-nin elit-raunda mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlanıb. 

Redaktor.az-ın məlumatına görə, Xorvatiyanın Osiyek şəhərindəki “Qradsk vrt Arena”da komandamızın iştirakı ilə keçiriləcək ilk iki oyunu İtaliyadan olan hakimlər idarə edəcək.

Xorvatiya ilə yanvarın 29-dakı matçın baş hakimi Anjelo Qalante olacaq. Ertəsi gün Rusiyaya qarşı keçiriləcək görüş isə Alessandro Malferə tapşırılıb.

29 yanvar 
Xorvatiya – Azərbaycan
Hakimlər: 
Anjelo Qalante, Nikola Manzione, Alessandro Malfer (hamısı İtaliya)
Osiyek. “Qradsk vrt Arena”. Saat 23:00
 
30 yanvar 
Azərbaycan – Rusiya

Hakimlər: Alessandro Malfer, Anjelo Qalante, Çiara Perona (hamısı İtaliya)
Osiyek. “Qradsk vrt Arena”. Saat 20:00