Azərbaycan millisi Lixtenşteynlə QARŞILAŞACAQ

 13:30 21.01.2020     402

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib. 

Redaktor.az-ın məlumatına görə, milli martın 26-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. 

Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Qeyd edək ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə də qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.