“Zirə” serbiyalı futbolçu ilə müqavilə İMZALADI

 16:15 21.01.2020     511

Bakının "Zirə" klubu yeni futbolçu ilə anlaşıb. 

Redaktor.az-ın məlumatına görə, paytaxt təmsilçisi Yovan Krneta ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.

27 yaşlı serbiyalı müdafiəçi 2015-18-ci illər aralığında da "Zirə"nin şərəfini qoruyub. O, həmçinin, ölkəsinin "Teleoptik", "Srvena Zvezda", "Sopot", "Radinçki", Ukraynanın "Çernomorets və Yunanıstanın "Levandiakos" klublarının şərəfini qoruyub.