"Real"ın müdafiəçisi "BAVARİYA"DA
"Real"ın müdafiəçisi Alvaro Odriozola karyerasını Almaniyada davam etdirəcək.
Redaktor.az-ın məlumatına görə, cinah oyunçusu mövsümün ikinci dövrəsini "Bavariya"da keçirəcək.
Klublar 24 yaşlı futbolçunun 6 aylıq icarəyə verilməsində ortaq məxrəcə gəliblər. Bundesliqa təmsilçisinin onu birdəfəlik transfer etmək hüququna malik olub-olmadığı barədə məlumat yayılmayıb.
Qeyd edək ki, Alvaro Odriozola bu mövsüm La Liqada 4 oyunda iştirak edib.//Apa.az












