Yığmamız qələbə QAZANIB

 21:30 22.01.2020     495

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, “Alanyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb. Mustafa Yıldırımın dubl etdiyi oyunda digər qolları Elçin Qasımov və Balamirzə Sultanov vurub.

Xatırladaq ki, U-19 növbəti yoxlama oyununu yanvarın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. (Trend.az)