"Qarabağ" Qana millisinin hücumçusunu TRANSFER ETDİ

 14:07 23.01.2020     555

"Qarabağ" qış fasiləsində ilk transferini reallaşdırıb.

Redaktor.az-ın məlumatına görə, İspaniyanın "Leqanes" klubunun hücumçusu Ovusu Kvabena Azərbaycan çempionu ilə münasibətləri rəsmiləşdirib.

Ağdam təmsilçisi rəsmi saytı vasitəsilə "Xoş gəldin, Ovusu" yazaraq, bu keçidin rəsmiləşdiyini bəyan edib. Lakin anlaşmanın detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Qana millisinin 23 yaşlı futbolçusu cari mövsümün ilk dövrəsini icarə əsasında "Kordoba"da (İspaniya) keçirib.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən