İsveçrə - Azərbaycan oyununun vaxtı və yeri DƏQİQLƏŞDİ

 11:30 24.01.2020     427

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti oyununun yeri və vaxtı müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveçrə - Azərbaycan matçı martın 26-da Sion şəhərində baş tutacaq.

Görüş “Stade de Tourbilion”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.