"Neftçi" Antalya toplanışını 3 məğlubiyyətlə başa vurub

 20:33 24.01.2020     498

"Neftçi" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, rəqib Ukrayna "Desna"sı olub.

Görüş flaqmanın məğlubiyyəti ilə yekunlaşıb - 2:1. "Ağ-qaralar"ın yeganə qolunu 66-cı dəqiqədə Stiven Jozef-Monroz vurub.

Beləliklə, "Neftçi" Antalya toplanışındakı hər 3 görüşünü məğlubiyyətlə bitirib. İlk matçında Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə görüşdə də meydanı məğlub tərk edib - 1:2. (Report)