"Beşiktaş" Abdullah Avcı ilə yollarını ayırıb

 21:30 24.01.2020     565

"Beşiktaş" baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.

Redaktor.az-ın məlumatına görə, Türkiyə klubu bunu uğursuz nəticələrlə əlaqələndirib.

İstanbul nəhəngi rəsmi saytı vasitəsilə Avcı ilə vidalaşdığını bəyan edib: "İdarə Heyətimiz Abdullah Avcı ilə yolları ayırmaq qərarına gəlib. Ona xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".

"Beşiktaş"da baş məşqçi postuna ən real namizəd Sərgən Yalçın göstərilir. (APA)

Vumart və Güvən reklamı Vumart Güvən